YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xaltmaaqiyn Battulqa dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.