YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Petro Poroşenko: Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də fəal inkişaf edəcək

Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ad günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Aramızda qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirirəm. Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək.

Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.”