YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev kimi tariximizə sahib çıxan, onu qoruyan dövlət başçısıdır, tarix yaradan tarixi şəxsiyyətdir

«Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir. Onun sözlərinə görə, məhz dövlətimizin başçısının qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb.

«Dövlətimizin başçısının institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edirik. Biz tarixçi-alimlər ölkə rəhbərinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik”. Cənab  İlham Əliyevin Prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev kimi tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısıdır, tarix yaradan tarixi şəxsiyyətdir»-deyə, Y.Mahmudov vurğulayıb.