YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Yeni Azərbaycan Partiyası gənclər üçün böyük siyasi məktəbdir

«Yeni Azərbaycan Partiyası gənclər üçün böyük siyasi məktəbdir». Bu fikri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, partiyamız gəncliyin inkişafı üçün bütün imkanları yaradır. Onun sözlərinə görə, bu səbəbdən də gənclərimiz siyasi fəaliyyətlərini YAP-la bağlayırlar.

«Hazırda YAP-ın sıralarına qoşulan gənclərin sayı 250 min nəfərə qədərdir. Bu da ümumi partiya üzvlərinin 40 faizdən çoxunu təşkil edir. Gənclər YAP kimi təşkilatda böyük siyasi məktəb keçirlər. Bunun nəticəsi olaraq, onlar siyasətçi kimi formalaşırlar. Gənclərimiz arasında mühüm dövlət strukturlarına irəli çəkilənlərin də sayı çoxdur ki, bunun əsas səbəbi onların partiyamızın yetirmələri olmasıdır»- deyə, S.Orucov qeyd edib.