YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Cavad Zərif: Üçtərəfli görüş olduqca faydalıdır

Üçtərəfli görüş formatı həm ölkələrimiz, həm də region üçün olduqca faydalıdır.

Bu fikri dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Məhəmməd Cavad Zərif söyləyib.

İranlı nazir əlavə edib ki, hər üç ölkə geniş əlaqələrə, birgə tarixi ənənələrə malikdir. Beşinci üçtərəfli görüşdə ölkələrimiz arasında tranzit, enerji və turizm sahələrində məsələlər müzakirə edildi, özəl sektorda fəaliyyətin artırılması ilə bağlı razılıq əldə olundu.