YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələrini təqdim edib.

Sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edir. Dövlətimizin başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib.

Ekspress rəy sorğusu ölkənin 68 rayonunda 4560 nəfər arasında keçirilib.

Rəyi soruşulanların 62,9 faizi Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndirib.

Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib. Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.