YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Son illər BMT model hərəkatı Azərbaycanda geniş vüsət alıb

Son illər BMT model hərəkatı Azərbaycanda geniş vüsət alıb. 2013-cü ildən etibarən ölkəmizdə konfranslar, yay düşərgələri təşkil edilir. Bir sıra ali təhsil ocaqlarında BMT qurumları modeli fəaliyyətə başlayıb.

Bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev dekabrın 18-də jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin imzaladığı və hazırda həyata keçirilən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında BMT model hərəkatının inkişaf etdirilməsi məsələsi də əksini tapıb. Azərbaycanın Gənclər və İdman, Xarici İşlər və Təhsil nazirlikləri BMT ilə bu istiqamətdə bundan sonra da maraqlı layihələr həyata keçirəcəklər.