YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altay Əfəndiyev: GUAM beynəlxalq arenada nüfuzlu təşkilata çevrilib

GUAM artıq beynəlxalq arenada nüfuzlu təşkilata çevrilib. Təşkilat bir sıra beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir.

Bu sözləri jurnalistlərə müsahibəsində GUAM-ın baş katibi Altay Əfəndiyev söyləyib.

GUAM-ın son bir illik fəaliyyətinə münasibət bildirən A.Əfəndiyev deyib ki, ötən il təşkilatda bir sıra vacib işlər görülüb, mühüm qərarlar qəbul olunub. GUAM-a üzv ölkələr arasında nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılması ilə bağlı iqtisadi, GUAM-ın beynəlxalq əlaqələrinin genişləndirilməsi, üzv dövlətlərin ərazi bütövlüyünün bərpasının vacibliyi ilə əlaqədar siyasi qərarlar bu qəbildən olan sənədlərdir.

Baş katibin sözlərinə görə, bir neçə gün əvvəl nəqliyyat dəhlizinin yaradılması ilə bağlı işçi qrupun iclası keçirilib. Azad ticarət zonasının yaradılması ilə bağlı isə danışıqlar davam edir.

A.Əfəndiyev deyib ki, gələn ilin iyun-iyul aylarında GUAM ölkələrinin hökumət başçılarının, oktyabr ayında isə xarici işlər nazirlərinin görüşləri nəzərdə tutulub. Bu görüşlərdə GUAM-ın inkişafı, üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi və s. məsələlər müzakirə olunacaq.