YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.

Səfir V.Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib. O, ölkələrimiz arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, qazanılmış təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə olunacağına əminliyini vurğulayıb. V.Doroxin, həmçinin ölkəmizin sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb.

Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.