YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

«Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ümummilli lider  Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov  bildirib ki, ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas faktor kimi çıxış edib. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib.

«Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi”nin Avropa üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Mübaliğəsiz demək mümkündür ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Hazırda Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi”nin TANAP, TAP və digər seqmentləri üzrə işlər böyük uğurla davam etdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinə dair yeni saziş isə  Azərbaycanın qarşısında daha geniş perspektivlər açır»- deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv