YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Əmək Məcəlləsində, Vergilər Məcəlləsində, Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək

“Azərbaycan prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planı təsdiq edilib. Nəzərdə tutulur ki, əvvəla, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün daha etibarlı hüquqi baza yaradılsın. Əmək Məcəlləsində, Vergilər Məcəlləsində, Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək, əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları məhdudlaşdırılacaq.” Bu fikirləri Azərbaycan Respublikasının Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyanın sədri Əli Əhmədov APA-ya müsahibəsində səsləndirmişdir.

Əli Əhmədov daha sonra qeyd etmişdir ki, tikinti sahəsində qeyri-rəsmi məşğulluğa münbit zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əmək haqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq.

DİGƏR Xəbərlər Arxiv