YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafazadə: Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması yüksək səviyyədədir

«Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması yüksək səviyyədədir». Bu fikri AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə deyib.

A.Mustafazadə bildirib ki, ölkəmizdə bu sahə ilə bağlı mükəmməl hüquqi baza mövcuddur. Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində bütün zərrui beynəlxalq sənədlərə qoşulub.

«Təəssüf ki, terrorizm və ekstremizm bu gün dünya üçün ən aktual problemlərdir. Azərbaycan da 25 ildən çoxdur ki, erməni terrorundan əziyyət çəkir. Terror bütün dünyanı təhdid edir. Ümid edirik ki, BMT bu problemlərin həllinə yardımçı olacaq və dünya ölkələri bu qurumun ətrafında sıx birləşəcək”. Çünki bu təşkilat dünyanın ən böyük beynəlxalq qurumudur və fəaliyyətinin əsas məqsədlərindən birinin  insan hüquqların qorunması olduğunu bəyan edib»- deyə, A.Mustafazadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv