YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM PA-nın 10-cu sessiyasında bir sıra mühüm sənədlərin qəbul olunacağı gözlənilir

GUAM Parlament Assambleyasının (PA) 10-cu sessiyasında bir sıra mühüm sənədlərin qəbul olunacağı gözlənilir.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli söyləyib.

O deyib ki, GUAM PA-nın büro və komitə iclaslarında bir sıra mühüm məsələlər müzakirə edilib. Həm GUAM PA-nın Benilüks təşkilatı, Vişeqrad qrupu, Baltik Assambleyası və digər müxtəlif təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsi, həm də GUAM PA-ya üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri diqqət mərkəzində olub.

Bundan başqa, büro və komitələrdə iki çox vacib sənəd müzakirə olunub. Bunlardan biri GUAM PA-nın kommunikesi, digəri isə GUAM PA ilə Baltik Assambleyasının birgə bəyanatıdır. Hər iki sənəd müzakirə olunub və çox xırda dəyişikliklərdən sonra təsdiqlənmək üçün GUAM PA-nın sessiyasına tövsiyə edilib.

A.Kərimli deyib: “Məlumdur ki, GUAM-a üzv olan dörd ölkənin ərazi bütövlüyü pozulub və bu məsələ, o cümlədən mövcud problemlərin, münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi qəbul etdiyimiz sənədlərdə öz əksini tapıb. Hər iki sənədin Assambleyanın onuncu sessiyasında qəbul olunacağı gözlənilir”.