YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Aparılan islahatlar sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına təkan verir

«Son illərdə ölkəmizdə yeni yaradılan sosial xidmət müəssisələri bu sahədə dövlət siyasətinin güclənməsindən xəbər verir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizdə aparılan islahatlar sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına təkan verir. Onun sözlərinə görə, çətin həyat şəraitində olan şəxslərin sosial problemlərinin həllində sosial xidmətlərin rolu əhəmiyyətli şəkildə artır.

«“Sosial xidmət haqqında” Qanundan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, ratifikasiya olunmuş müvafiq beynəlxalq konvensiyalardan irəli gələn müddəalar sosial xidmətlərin mütərəqqi dünya praktikasına uyğun təkmilləşdirilməsini əsas vəzifələrdən biri kimi müəyyən edir. Ümumilikdə, sosial xidmətlər sahəsində aparılan islahatlar həmin xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, ünvanlığının və əlçatanlığının, beynəlxalq standartlara uyğunluğunun təmin olunması, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi, sosial işçi heyətinin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, sosial xidmətlər üzrə innovativ texnologiyalar üzərində vahid məlumat bazasının yaradılması və s. kimi hədəflərə yönəlib»-deyə, komitə sədri qeyd edib.