YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidentinin baş müşaviri: Ümummilli lider Heydər Əliyev Türk dünyasının dahi şəxsiyyətlərindən biridir

Türkiyədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu ümummilli lider Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu vurğulayıb.

Baş müşavir qeyd edib ki, Türkiyə ərazisində keçiriləcək anım mərasimləri Heydər Əliyevi, onun fəaliyyətini Anadolu insanına bir daha xatırlatmaq məqsədi daşıyır.