YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qara dəniz ölkələrinin XİN nümayəndələri Kiyevə toplaşacaq

Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Vəzifəli Məmurlar Komitəsinin və Xarici İşlər Nazirləri Şurasının iclasları keçiriləcək.

Dekabrın 13-15-də keçiriləcək iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyi bir daha açıqlanacaq, bu münaqişənin QDİƏT-ə üzv ölkələri arasında səmərəli münasibətlərə xələl yetirdiyi bəyan ediləcək.