YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq platformalar vasitəsilə Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırır

«Bakıda keçirilən “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransı Azərbaycan həqiqətlərinin dünyada yayılması baxımından əhəmiyyətlidir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, işğalçı  Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur. Onun sözlərinə görə, Ermənistan qətnamələrə məhəl qoymur, öz təcavüzkar siyasətini davam etdirir.

«Çox təəssüf ki, müvafiq beynəlxalq qurumlar münaqişənin həllinə yanaşmada  ikili standartlar nümayiş etdirirlər. Bu yanaşma Ermənistanın öz işğalçılıq mövqeyini daha da gücləndirir. Beynəlxalq birliyin Qarabağ probleminin həllində ikili standartlardan çıxış etməsi münaqişənin həllini çətinləşdirir. Belə bir şəraitdə Azərbaycan münaqişənin həllində prinsipial mövqeyini bildirməklə yanaşı müəyyən beynəlxalq platformalar vasitəsilə Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırır. Bu baxımdan, Bakıda keçirilən konfrans da mühüm önəm kəsb edir»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.