YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistanın Azərbaycandakı səfiri: Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır

Azərbaycan Türkmənistan üçün strateji tərəfdaşdır. Bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev ölkələrimiz arasında ticari-iqtisadi tərəfdaşlığın səviyyəsi barədə sualını cavablandırarkən deyib.

Səfir deyib: “Ölkələrimizi və xalqlarımızı ümumi mədəniyyət, ümumi ənənələr, ümumi köklər birləşdirir. Əlbəttə, tarixən iş elə gətirib ki, ölkələrimiz coğrafi cəhətdən əlverişli yerdə yerləşib. Bu, mühüm faktdır və nəqliyyat dəhlizlərinin inkişafında ərazilərimizdən istifadə etməyə imkan verir. Bizim ortaq Xəzər dənizimizin olması da bu əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir”.

Diplomatın sözlərinə görə, hələ ki, bu il üçün qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsini əks etdirən dəqiq məlumat yoxdur, lakin bu səviyyə getdikcə yüksəlir. “Buna, xüsusən energetika və nəqliyyat-logistika sahələrində birgə layihələr şərait yaradır”, - deyən M.İşankuliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin əhəmiyyəti üzərində xüsusi dayanıb: “Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu il avqustun 8-9-da Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına özünün müsbət və əhəmiyyətli töhfəsini verdi. Səfər çərçivəsində yüksək səviyyədə və geniş tərkibdə danışıqlar keçirilib, böyük hissəsi qarşılıqlı ticari-iqtisadi əlaqələrə aid olan 14 sənəd imzalanıb”.

Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı əlaqələrin inkişaf edəcəyinə və iqtisadi sahədə əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirən səfir sonda deyib: “Əsas məsələ ondadır ki, bunun üçün dövlət başçılarımızın niyyəti və istəyi, ölkələrimizin hədsiz imkanları mövcuddur”.