YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Binəqədi rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma işləri aparıb

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə  Binəqədi rayonunun Xocasən qəsəbəsində YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “700 min ağac əkək” kampaniyasına start verilib.

Aksiyada YAP Binəqədi rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurası və Gənclər Birliyinin fəalları iştirak ediblər.

Aksiya zamanı ümumilikdə 1000 ədəd ağac əkilib və onlara qulluq göstərilib.