Xəbərlər
Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 4-5-də keçiriləcək tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.