YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb

Yüzilliyin layihəsi adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb.

Bu sözləri Tbilisidə jurnalistlərə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib.

C.Qurbanov deyib: “Azərbaycan bu layihəni reallaşdırmaqla dünyaya sübut etdi ki, nəinki öz ərazisində, hətta başqa ölkələrin ərazilərində də irimiqyaslı, dünya əhəmiyyətli layihələrin həm maliyyələşdirilməsini, həm də tikintisini həyata keçirə bilər. Bununla Azərbaycan öz qüdrətini göstərdi və öz sözünü dedi”.

Onun sözlərinə görə, BTQ-nin tikintisi həm də onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti çox düzgündür və ölkəmiz doğru yoldadır.

“Bu layihə, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunun möhkəmlənməsinə xidmət edir”, - deyə, C.Qurbanov vurğulayıb.