YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Bu qanunun qəbulundan sonra ölkədə tütün məmulatlarından istifadə edənlərin sayı azalacaq

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Sənəd  mükəmməl hazırlanıb”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, qanun dünyanın inkişaf etmiş ölkələrində qəbul olunan layihələrdən geri qalmır. Onun sözlərinə görə, digər ölkələrin təcrübəsi göstərir ki, qanunun qəbulundan sonra onun icrasına nəzarət etmək mühüm məsələdir.

«Ümumdünya Səhiyyə Təşkilatının Tütün Məmulatlarının Məhdudlaşıdırıması Konvensiyası var. Ümid edirəm ki, bu qanun qəbul olunduqdan sonra ölkəmiz bu Konvensiyaya qoşulacaq. Dünya təcrübəsi göstərir ki, bu tipli qanunun qəbulundan  sonra ölkədə siqaret çəkənlərin 10-17 faizi tütün məmulatlarından imtina edir. Yeniyetmələr arasında bu faiz 20-25 faizə qədər qalxır. Belə olan halda, ölkədə siqaret çəkənlərin sayı azalır. Bu baxımdan bu qanun çox mühümdür. Milli Məclisdə belə bir qanunun qəbul edilməsi böyük əhəmiyyət kəsb edir»- deyə, komitə sədri vurğulayıb.