YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda 5 min kvadratmetrə yaxın ərazi partlamamış hərbi sursatlardan tam təmizlənib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, Cocuq Mərcanlı kəndində gün ərzində 41600 kvadratmetr ərazi tam təmizlənib, 16400 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.