Xəbərlər
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə, Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir”.