Xəbərlər
Prezident İlham Əliyev “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının verilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzaladı.