YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəyannamə: Azərbaycan, Pakistan və Türkiyə üçtərəfli əməkdaşlığın inkişafında maraqlıdırlar

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin imzaladıqları Bakı Bəyannaməsində ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolu vurğulanıb, üç ölkə arasında tarixi əlaqələr qeyd edilərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğu bildirilib. Həmçinin regionda sabitlik, təhlükəsizlik və tərəqqinin inkişafı məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraq ifadə olunub.

Nazirlər, həmçinin iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması məqsədilə öz dövlətlərinin niyyətlərini qeyd ediblər. İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsi qərara alınıb.

 

DİGƏR Xəbərlər Arxiv