YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Şərq Tərəfdaşlığı sammiti Azərbaycan üçün uğurlu oldu

«Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammiti Azərbaycan üçün uğurlu oldu». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, sammitin yekun bəyannaməsində bütün ölkələrin ərazi bütövlüyünun tanınması Azərbaycanın uğurudur. Onun sözlərinə görə, bu məsələ dövlətimiz üçün prinsipialdır.

«Azərbaycan-Avropa İttifaqı arasında ikitərəfli sazişin üzərində iş gedir. Yəqin ki, bu sazişdə də ərazi bütövlüyünün tanınması diqqət mərkəzində olacaq. Bəyənnamədə ərazi bütövlüyü ilə bağlı məsələnin əks olunması Ermənistan tərəfindən narahatlıq doğurur. İşğalçı ölkə başa düşməlidir ki, onun təcavüzkar mövqeyi özünə ziyan gətirir. Bu baxımdan düşmən ölkə məcburiyyət qarşısında qalaraq sənədə imza atmış oldu»- deyə, deputat qeyd edib.