YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Kosta Rikanın xarici işlər və etiqad naziri Azərbaycana səfərə gəlir

Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz noyabrın 28-29-da Azərbaycan Respublikasında səfərdə olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Manuel Qonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşü keçiriləcək. Nazir, həmçinin Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılışında iştirak edəcək.