YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan XİN: Separatçı rejimin hər hansı bir hərəkəti bizdə narahatlıq yaradır

Hər hansı bir separatçı rejimin, istər tanınmamış, qondarma “DQR”, istərsə də Abxaziya separatçılarının haradasa sərgi, konfrans və ya başqa bir tədbir keçirməsi arzuolunmazdır.

Bu sözləri Gürcüstanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Gürcüstan özü separatizmdən əziyyət çəkir, Tbilisidə belə bir tədbirin keçirilməsi hökumətin xətti ilə təşkil olunmayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə deyiblər ki, məsələ ilə əlaqədar bu ölkənin müvafiq strukturlarına məlumat verilib və rəsmi Bakının narahatçılığı onların diqqətinə çatdırılıb.

Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın diaspor nazirliyi, “Tekeyan Mərkəzi” fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.

Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv