YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Araz Əliyev: İstehlakçı hüquqlarının qorunmasına dair maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir

«İstehlakçı hüquqlarının qorunmasına dair maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir». Bu fikri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib.

A.Əliyev bildirib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, dəyirmi masalar təşkil edilir, istehlakçı hüquqları barədə məlumatlar yayılır, ticarət və iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir. Onun sözlərinə görə,  istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır.

«Bundan başqa, ticarət qaydalarına əməl olunması ilə bağlı istehlakçıların elektron ünvannına bildirişlər göndərilir, ticarət, iaşə, məişət və digər növ xidmət sahələrində istehlakçılar üçün faydalı olan maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır. Bütün bunlar istehlakçılarının hüquqlarının qorunması baxımından vacib tədbirlərdir»- deyə, A.Əliyev qeyd edib.