YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır

"Hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının, bütövlükdə bizim hökumətimizin və dövlətimizin uğuru sayılmalıdır. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formalaşmasına ciddi şəkildə təsir göstərir". Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə münasibət bildirərkən deyib. Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu gün artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul etmək zorundadırlar ki, münaqişənin həlli, bütövlükdə Cənubi Qafqazda sülh və əmin-amanlığın ciddi şəkildə təmin olunması, ədalətin bərpa olunmasından, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından asılıdır.

"Eyni zamanda belə bir rəyin formalaşmasında Azərbaycan Ordusunun gücünün, döyüş qabiliyyətinin və bu qabiliyyətin əyani surətdə sübut edilməsinin də müsbət rolu var. Yəni dünya birliyi və bizim düşmənlərimiz aydın şəkildə bilirlər ki, dinc, diplomatik yollarla Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olmasa, Azərbaycan öz gücü, hərbi qüdrəti sayəsində bu tarixi ədalətsizliyi aradan qaldırmaq qüdrətindədir. Mən hesab edirəm ki, Avropa İttifaqı bu həqiqəti nə qədər daha dərindən dərk edərsə, qəbul olunan sənəd də bunun bir sübutudur, münaqişənin həll olunması ilə bağlı düzgün, ədalətli qərarın qəbul olunması da bir o qədər tezləşər", - deyə, Baş nazirin müavini Əli Əhmədov qeyd edib.