YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının gələn il üçün büdcəsinin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min təşkil edir. Gəlirlərin böyük bir qismi təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqları hesabına formalaşır. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir.

Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu gün keçirilən plenar iclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” məlumat verərkən deyib.

Hadi Rəcəbli bildirib ki, ilk dəfədir bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcək. Göstərilən vəsaitin məbləği bu il 1 milyard 300 milyon təşkil edir. Bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42 faizə qədərini təşkil edirdisə, indi bu faiz 36,3 faizə enib. Bu bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırıb. İşəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyası yaradılıb ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında mühüm rol oynayacaq.

 

DİGƏR Xəbərlər Arxiv