YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili: Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ölkələrimiz arasında mədəni və tarixi əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan nailiyyətlərlə daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh, sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.”