YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Qeyri-neft sektorunda iqtisadi artım son 10 ayda 2,1 faiz təşkil edib

2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11 faizdən çox artıb, qeyri-neft sektorunda isə iqtisadi artım son 10 ayda 2,1 faiz təşkil edib.

Bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov bildirib ki, 2017-ci ildə monetar şərait əsasən fiskal və bank sektorun likvidliyə olan ehtiyacların təsiri altında formalaşıb. Bank sədri, həmçinin ekspertlərin ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərinə də münasibət bildirib. O deyib: “Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir. Digər tərəfdən hazırda bank aktivlərinin təxminən 20 faizdən çoxunu likvid aktiv təşkil edir. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə likvidliyin verilməsi, bütün pəncərə, yəni sterilizasiya alətlərini daim aktiv saxlayır. Cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət edilməyib. Lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir. İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təxminən üç dəfə üstələyib”.