YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir

Noyabrın 20-də Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir.

Forumun açılışında Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, AQUPDK-nın sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan, Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov iştirak edirlər.

Foruma Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən 6-18 yaşarası 380 uşaq qatılıb.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubunu oxuyub.