YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” öz işinə başlayacaq

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə törətdiyi təhdid” mövzusunda beynəlxalq Forum keçiriləcək.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropa Parlamentinin üzvləri, Avropa siyasətçiləri, ekspertlər, həmçinin Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri iştirak edəcəklər.

Tədbir çərçivəsində ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə ediləcək.

Əsas panel iclas Avropada separatizm mövzusuna həsr ediləcək. Forum çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca panel iclasının keçirilməsi nəzərdə tutulur.