YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər

«Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlü olmasından və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, son 14 ildə ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, son zamanlar irimiqyaslı infrastruktur layihələri, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramlar reallaşdırılır.

«Yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsi də ilk növbədə ölkəmizdə zamanında neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır. Azərbaycanda qeyri-neft sektorunun mühüm bir qolu kimi, sahibkarlığın inkişafı həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. 2004-cü ildən bəri respublikamızda çoxlu sayda sahibkarlıq subyektinə təxminən 2 milyard manat həcmində kreditlər ayrılıb ki, onların da böyük qismi regionların payına düşür. Belə davamlı dəstək tədbirləri sayəsində Azərbaycanın hərtərəfli və davamlı inkişafında özəl bölmənin xüsusi çəkisi getdikcə artır. Hazırda respublika üzrə ümumi daxili məhsul istehsalının təxminən 80 faizi özəl bölmənin payına düşür. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb.  Ümumiyyətlə, ölkədə sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər»- deyə, deputat qeyd edib.