YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə KİV-lərdə daha böyük diqqət ayrılmalıdır

«Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə kütləvi informasiya vasitələrində daha böyük diqqət ayrılmalıdır. Xüsusilə, televiziyalar bu yöndə işlərini gücləndirməlidir». Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu, ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar.

«Aprel döyüşləri ilə bağlı onların öz yanaşmaları var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi. Mən düşünürəm ki, televiziyalarda bu məsələyə çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum-Reklam Agentliyi də bu məsələyə öz töhvəsini verəcək. Lazım gələrsə, bu məsələ üçün televiziyalara maliyyə ayrılmalıdır.  Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır»- deyə, komitə sədri qeyd edib.