YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan Azərbaycana sərnişin lokomotivlərinin tədarükü məsələsini nəzərdən keçirir

Qazaxıstan Azərbaycana sərnişin lokomotivlərinin tədarükü məsələsini nəzərdən keçirir.

Bunu Qazaxıstan energetika nazirinin müavini Maqzum Mirzaqaliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Qazaxıstandakı səfirliyi “Lokomotiv istehsalat zavodu” ilə birgə əlavə 3 sərnişin lokomotivinin tədarükü məsələlərini nəzərdən keçirir.

Nazir müavini xatırladıb ki, 2015-ci ilin iyulunda “Lokomotiv istehsalat zavodu” və “Azərbaycan Dəmir Yolları” arasında Azərbaycana 10 lokomotivin tədarükü barədə saziş imzalanmışdı. Lokomotiv tədarükü 2016-cı ildə başa çatıb: ““Qazaxıstan Dəmir Yolu” və “Azərbaycan Dəmir Yolları” arasında davam edən sıx qarşılıqlı fəaliyyət də ikitərəfli nəqliyyat-tranzit əməkdaşlığının inkişafına əlavə təkan verib”.

O qeyd edib ki, 2016-cı ilin yekunlarına əsasən Aktau-Bakı-Aktau istiqamətində 23 211 tranzit konteyneri və yük nəqliyyat vahidi daşınıb ki, bu da 2015-ci ilin göstəricilərini 270 faiz üstələyir. “Qazaxıstan dəmir yolu”nun proqnozlarına əsasən 2017-ci ildə Azərbaycanla Qazaxıstan arasında yük daşınmasının həcmi 30 faiz artacaq.

M.Mirzaqaliyev onu da qeyd edib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2015-ci illə müqayisədə 9 faiz yüksəlib.