Xəbərlər
Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə Oman Sultanlığının milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.