Xəbərlər
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və rifah arzulayıram”.