Xəbərlər
Xoşbəxt Yusifzadə: Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/4503e54159aaf59d4c3e6ee4bdd7a5cd.jpg&w=360)
Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə hasil oluna bilər.
Bunu noyabrın 8-də SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.
X.Yusifzadə qeyd edib: "Allahın köməyi ilə üçüncü milyard ton neftin hasilatına bu gündən başlandı. Biz üçüncü milyarda nə vaxt çata bilərik? Hesablamalar göstərir ki, biz Azərbaycanda üçüncü milyard ton nefti təqribən 2060-cı ildə hasil edə bilərik".