YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qəri Counz: Azərbaycanın iki milyard ton nefti gerçəkləşmiş uzaqgörən siyasətin uğur hekayəsidir

Bu gün, biz çox əlamətdar bir hadisəni qeyd edirik – Azərbaycanın neft hasilatı 2 milyard tonu keçib. Bəziləri üçün bu, böyük olsa da belə, bir rəqəmdir. Bəziləri üçün bu, dövlətin tarixində şərəfli bir səhifədir. Şəxsən mənim üçün isə bu rəqəm möhtəşəm bir uğur hekayəsidir. İlk növbədə, bu, gerçəkləşmiş uzaqgörən siyasətin uğur hekayəsidir.

Bu fikirləri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanda iki milyardıncı ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında səsləndirib.

1994-cü ildə - Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə ümummilli lider Heydər Əliyevin ölkənin qapılarını BP də daxil olmaqla xarici investorların üzünə açdığını xatırladan Qəri Counz qeyd edib ki, Azərbaycanın müasir tarixində ilk beynəlxalq neft sazişini imzalanması nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli neft infrastrukturu ərsəyə gəldi və bütün bunlar güclü iqtisadi inkişafa təkan verdi. Ən önəmlisi isə “qara qızıl”ı insan kapitalına çevirməyə imkan yaratdı.

Azərbaycanın beynəlxalq neft konsorsiumları ilə imzaladığı müqavilələrə verdiyi qətiyyətli dəstəyə görə Prezıdent İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirən Qəri Counz deyib: “Hasilatın pay bölgüsü haqqında sazişlər Azərbaycanda BP-nin və tərəfdaşlarımızın yatırdığı sərmayələrin etibarlı təminatçısıdır. Cənab Prezident, Sizin səyləriniz və sənayeyə yaxından bələd olmağınız qarşılıqlı etimadın yaranmasında və möhkəmlənməsində əvəzsiz rol oynayıb. Beləliklə, bu üç element – uzaqgörən siyasət, qətiyyətli səylər və tərəfdaşlıq iki milyard tonun uğur hekayəsinin əsasını təşkil edir”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti çıxışında sentyabrın 14-də tərəfdaşların və Azərbaycan hökumətinin yenidən tərtib olunmuş “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə imzaladıqları Saziş barədə fikirlərini də bölüşüb. “İnanıram ki, yenilənmiş Saziş yalnız Azərbaycan iqtisadiyyatına növbəti böyük sərmayə axını gətirməklə kifayətlənməyəcək, həm də ölkənin neft sənayesinin tarixində texnoloji inkişaf və insan nailiyyətləri ilə zəngin olan yeni bir səhifə açacaq”, – deyə Qəri Counz bildirib.

 

DİGƏR Xəbərlər Arxiv