YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Evseev: Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayır

Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Bu sözləri “Pars Todey” saytına müsahibəsində MDB İnstitutunun direktor müavini Vladimir Evseev deyib. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında dəmir yolu mövcuddur və bu yol fəaliyyət göstərir. Rəşt-Astara yolunun çəkilişinə maraq göstərən və bu yolun inşasına sərmayə yatırmağa hazır olan Azərbaycan Rusiya ilə İranın dəmir yollarının birləşməsində mühüm amil olacaq.

Azərbaycanın iqtisadi potensialını yüksək qiymətləndirən V.Evseev qeyd edib ki, Azərbaycan İran ilə Rusiyanın iqtisadi və siyasi əlaqələrinin inkişafında da önəmli faktordur.

Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehrandakı görüşünə toxunan V.Evseev hər üç ölkənin iqtisadi maraqlarının üst-üstə düşdüyünü və bundan səmərəli istifadə olunduğunu deyib.