YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan dili xalqımızın varlığının və milli dövlətçiliyimizin rəmzidir

«Azərbaycan dilinin normaları, ilk növbədə, bədii üslub, yazıçı dili hesabına formalaşıb. Bu, təxminən min illik tarixin yekunudur. Amma bu gün tam aydınlığı ilə görürük ki, müasir Azərbaycan ədəbi dilinin normalarını, onun inkişaf səviyyəsini, üslubi imkanlarını publisistika müəyyənləşdirir». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin inkişaf sürətini və keyfiyyətini müəyyənləşdirir. Onun sözlərinə görə, Azərbaycanda yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir.

«Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir. Azərbaycanda ədəbi dilin qorunmasına ciddi ictimai nəzarət var. Azərbaycan dili xalqımızın varlığının və milli dövlətçiliyimizin rəmzidir»- deyə, akademik vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv