YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan “İslam Həmrəyliyi İli” çərçivəsində mühüm tədbirlər reallaşdırır

«Azərbaycan “İslam Həmrəyliyi İli” çərçivəsində mühüm tədbirlər reallaşdırır». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövşər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, İslam din və dünyagörüşü sistemi kimi, insanlara, cəmiyyətə, dünyaya münasibət kimi, davranış və təfəkkür tərzi kimi elə bir sivilizasiya yarada bilib ki, mədəni inkişaf səviyyələrinin, dillərinin, talelərinin, mentalitetlərinin müxtəlifliyinə baxmayaraq fərqli coğrafi mövqelərdə yaşayan insanları birləşdirib, aralarında bir dinə mənsubluq əsasında həmrəylik yaradıb.

«İslamın orbitinə cəm edilmiş xalqların mədəniyyətlərinin sintezi nəticəsində vahid, bütün müsəlman xalqları üçün ümumi İslam sivilizasiyası təşəkkül tapıb. Azərbaycan xalqı İslam aləminin ayrılmaz parçası kimi İslam sivilizasiyasının yaradıcılarından biri olub, bu sivilizasiyanın inkişafına və təkamülünə əvəzsiz incilər bəxş edib. Bu gün dövlətimizin başçısının rəhbərliyi altında İslam aləmi ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycanın dövlət siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşdirilməkdədir»- deyə, deputat vurğulayıb.