YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycanın əsas şərti torpaqlarımızın işğaldan azad edilməsidir

«Azərbaycanın razılığı olmadan Ermənistanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə qoşulması mümkünsüzdür». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, bütövlükdə bu layihə Azərbaycanın təşəbbüsünün nəticəsi olaraq reallaşıb. Onun sözlərinə görə, Azərbaycanın əsas şərtlərindən biri işğalçı dövlətin bu xəttə qoşulmamasıdır.

«Gələcəkdə  Ermənistanın bu dəmiryolu xəttinə qoşulması üçün Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməlidir. Təbii ki, Azərbaycanın əsas şərti torpaqlarımızın  işğaldan azad edilməsidir. Əgər işğal altındakı torpaqlar azad ediləcəksə, bununla da məsələ bitmiş olur. Bundan sonra Ermənistanın regional layihələrə, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə  qoşulması mümkündür»- deyə, deputat qeyd edib.