YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valeri Korovin: Azərbaycan Tehran-Moskva əməkdaşlığının inkişafında xüsusi rola malikdir

Azərbaycan Tehran-Moskva əməkdaşlığının inkişafında xüsusi rola malikdir.

Bu sözləri “Pars Today” saytına müsahibəsində Rusiyada fəaliyyət göstərən Geopolitik Ekspertiza Mərkəzinin direktoru, politoloq Valeri Korovin deyib.

V.Korovin qeyd edib ki, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi məkan və Prezident İlham Əliyevin praqmatik siyasəti rəsmi Bakının regiondakı əhəmiyyətini artırıb.

Rusiya, Azərbaycan və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirdikləri görüşü şərh edən politoloq diqqətə çatdırıb ki, Rusiya Yaxın Şərqdə fəal siyasət aparır və bunun üçün İran ilə əməkdaşlıq vacibdir. İran ilə Rusiyanın həm siyasi, həm də iqtisadi əlaqələrinin inkişafında Azərbaycan əhəmiyyətli siyasi amil kimi çıxış edir.

 

 

DİGƏR Xəbərlər Arxiv