YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar bu gün Qarsa çatdı

Bakı-Tbilisi-Qars dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb.

"ADY Expres" şirkətindən ("Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi) verilən məlumata görə, BTQ ilə ilk yük boşaltma əməliyyatı Axalkalaki stansiyasında həyata keçirilib:

"Qatar Qarsdan artıq Mersin istiqamətində (son təyinat məntəqəsi) hərəkətə başlayıb. Bu yol 40 saat çəkəcək".

Oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş 32 konteynerdən ibarət qatar Azərbaycandan Qarsa 40 saata çatıb.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv