YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdüllətif bin Raşid Əl-Zeyyəni: Azərbaycanın nüfuzu ildən-ilə artır

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni ilə görüşüb.

Görüşdə baş katibin oktyabrın 18-20-də Azərbaycana səfərinin nəticələri ilə bağlı müzakirələr aparılıb.

Əbdüllətif bin Raşid Əl-Zəyyəni Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunduğunu, səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini, dövlət başçısı ilə görüşünün faydalı və maraqlı keçdiyini vurğulayıb. Baş katib Bakıda keçirdiyi görüşlərdə Azərbaycan və Körfəz ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı yollarına dair səmərəli fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Baş katib bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəmizin nüfuzunun ildən-ilə artdığını və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini vurğulayıb. O, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsinin respublikamızın beynəlxalq əhəmiyyətini daha da artıracağına əminliyini ifadə edib. Oktyabrın 19-20-də Bakıda Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes-forumunun yüksək səviyyədə keçdiyini diqqətə çatdıran baş katib səfərin və biznes-forumun təşkilində səfirliyin rolunu xüsusi qeyd edib.

Görüş Səudiyyə Ərəbistanının “Saudi Press Agency” dövlət informasiya agentliyinin internet səhifəsində, nüfuzlu “Ər-Riyad” qəzetində və Körfəz Əməkdaşlıq Şurasının saytında yerləşdirilib.